“Sabah” bu ilin ikinci transferini rəsmiləşdirməyə hazırlaşır.
“Rux”dan (Belarus) qapıçı Aleksandr Neçayevlə müqavilə imzalayan Masazır klubu bu dəfə yarımmüdafiə xəttini gücləndirib.
Sportinfo.az-ın məlumatına görə, “tələbələr” Kristian da Silva Fillə anlaşıb.
32 yaşlı braziliyalı “Tuna Luso”nun yetirməsidir. 2007-2011-ci illəri burada keçirən Fil sıra ilə “Time Neura”, “Qoyatuba”, “Evangélika” və “Kastanhal”ın formasını geyinib.
2013-2014-cü illərdə “Qremio Anápolis”ə məxsus olsa da, həmin müddəti icarə əsasında APOEL-də keçirib.
2014-cü ildə “CFR Kluj”la anlaşıb və maraqlıdır kı, Rumıniya klubu da onu icarəyə verib. bu dəfə Portuqaliyaya – “Nasional”a üz tutub.
2015-ci ildə bu ölkədə “Paku de Fereyra” ilə müqavilə imzalayan “sambaçı” təkrar “Nasional”ın ixtiyarına verilib.
2019-2020-ci illərdə “Feyrense”nin uğurları üçün tər töküb, daha sonra “Kasa Pia” ilə münasibətlərini rəsmiləşdirib.
Ötən ilin yayında “Akadémika de Koimbr”lə dil tapıb, gəl ki, geridə qalan 6 ayda 6 dəfə meydana çıxıb.

