"Sabah" Vaqner Lava təklif göndərib.
Komandanın baş məşqçisi Murad Musayev 38 yaşlı forvardın dəvəti qəbul etmədiyini bildirib:
"Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi".
Braziliyalı hücumçunun son klubu Qazaxıstan "Kayrat"ı olub. O, Almatı təmsilçisinin heyətində UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb.
Lav yaxınlarda "Midtüllan"a keçib. Danimarka klubu cənubi amerikalı forvardla 6 aylıq müqavilə imzalayıb.
“Sambaçı” Qazaxıstan klubunda 300 min dollar qazanıb. Lav Azərbaycana gəlmək üçün aylıq 30 min dollar əməkhaqqı tələb edib.
Onun Danimarkada 6 aylıq maaşı isə 100 min dollar civarında olacaq.
SPORTİNFO.AZ

