Yeni transfer BU SƏBƏBDƏN "Neftçi" ilə matçda kənarda qalıb

2 Fevral 2022 09:40 Sabah 1 751
Yeni transfer BU SƏBƏBDƏN "Neftçi" ilə matçda kənarda qalıb

"Sabah" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində dünən "Neftçi" ilə ilk qarşılaşmasını keçirdi.

Masazır təmsilçisi son çempionla çətin səfərdən sərfəli nəticə ilə (1-1) qayıtmağı bacardı.

Qonaqların heyətində yeni transfer Aleksandr Neçayevin yoxluğu diqqət çəkdi. Əcnəbi qolkiperin adı matçın iştirak ərizəsində belə yox idi.

Klubdan əldə etdiyimiz məlumata görə, buna səbəb futbolçunun sənədlərində yaranan problem olub. Artıq problem öz həllini tapıb və növbəti oyunlardan belaruslu qapıçı "Sabah"a kömək edə bilər.

"Sabah"ın qış fasiləsində heyətinə qatdığı 27 yaşlı qolkiperlə müqavilə müddəti 1,5 ildir.

Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti