"Sabah"ın baş məşqçisi Murad Musayev Antalyada baxışdan keçiridiyi 2 legioner haqda hələ qərar verməyib.
Bu haqda klubdan Sportinfo.az-a məlumat daxil olub.
Söhbət Nikolay Boçko ilə Hiqor Qabrieldən gedir. Cütlük komanda üzvlərindən fərqli olaraq. Türkiyədən Azərbaycana gətirilməyib.
Rusiyalı çalışdırıcı onlarla bağlı fikrini yaxın günlərdə bildirəcək.
Boçko Musayevə "Krasnodar"dan tanışdır. O, bu klubun yetirməsidir və həmin vaxt əvəzedici heyətdə çıxış edıb.
"Mladost"a qarşı keçirilən yoxlama görüşünüdə meydana çıxan sağ cinah müdafiəçisinin 22 yaşı var. Son dəfə "SKA Rostov"da çıxış edib.
“Zarya” ilə yoxlama görüşünün ikinci hissəsində şans qazanan Hiqor Qabriel “Fluminense”nin yetirməsidir.
Rio de Janeyro klubunun U-20 komandasında 1 oyun keçirən 22 yaşlı müdafiəçi ötən ilin sentyabrında da "Sabah"a baxışa çağrılmış, lakin sənədlərində problem olduğu üçün geri qaytarılmışdı.
Daha doğrusu, həmin vaxt Ramin Quliyev baş məşqçi postundan ayrıldığından, cənubi amerikalı legioner barədə qərar vermək mümkün olmamışdı.
SPORTİNFO.AZ

