"Mən heç vaxt Ermənistanda olmamışam".
Sportinfo.az xəbər verir ki, bu açıqlama "Sabah"ın baş məşqçisi Murad Musayevə məxsusdur.
Üç ay öncə Azərbaycanda görəvə gələn mütəxəssis Rusiya mediasına buradakı işlərindən danışıb. O, pasportunda Azərbaycana girişi qadağan edən hər hansı möhürün olmadığını söyləyib:
"Burada qonşularla münasibət mövzusu çox ağrılıdır. Gələndə anladım ki, müharibə nə qədər kədər gətirib.
Şəhərin ətrafında müharibədə həlak olmuş hərbçilərin portretləri asılıb. İnsanların üzündə kədər hiss olunur.
Mən şəxsən yaxınlarını itirmiş bir neçə ailə tanıyıram. Xoşbəxtlikdən hərbi əməliyyatlar başa çatıb və indi Azərbaycan dinc həyat sürür".

