"Sabah" əvvəlki illərdən fərqli olaraq hazırkı qış transfer pəncərəsində passiv görünən klublardan biridir.
Masazır təmsilçisi hələki belaruslu qapıçı Aleksandr Neçayevla güclənə bilib.
Amma baş məşqçi Murad Musayev tək qolkiperlə kifayətlənmək istəmir. Rusiyalı mütəxəssisi minimum bir müdafiəçinin alınmasına çalışır. Onu ən çox narahat edən mövqe isə müdafiə xəttidir.
Antalyada bir neçə əcnəbi müdafiəçi sınaqdan keçirilsə də yekunda müsbət sonluq olmadı.
Belə ki, rusiyalı cinah müdafiəçisi Nikolay Boçkoy bəyənilmədisə, braziliyalı mərkəz müdafiəçisi Hiqor Qabriellə bağlı yekun qərar verilməyib.
Əcnəbi çalışdırıcının başqa namizədlər üzərindən axtarışları hələ də davam edir.
SPORTİNFO.AZ

