Azərbaycana gələn məşqçi Bakının ən yaxşı yerində yaşaması ilə öyündü

29 Yanvar 2022 13:20 Sabah 1 727
Azərbaycana gələn məşqçi Bakının ən yaxşı yerində yaşaması ilə öyündü

"Bakının düz mərkəzində, yəqin ki, ən yaxşı yaşayış kompleksində yaşayıram".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıdakı həyat tərzi barədə "Match TV"yə müsahibəsində deyib.

39 yaşlı mütəxəssis bildirib ki, yaşadığı ərazidə çoxlu restoran, mağaza və gəzinti üçün gözəl sahil var:

"Ailəm hər ay bir həftəlik yanıma gəlir. Onlar burada olanda birlikdə gəzirik. Bakının heyrətamiz bulvarı, İçəri Şəhəri, dəniz mənzərələri və ləzzətli mətbəxi var.

Uşaqlar hələ kiçikdir, biri 2 və digəri 3 yaşındadır. Onlara Krasnodarda uşaq bağçası, nənə və baba lazımdır. Yayadək belə olacaq, sonrasına baxarıq.

Bakı ilə Krasnodar arasında birbaşa uçuşlar var. Yaxınlarımla görüşməkdə problem yoxdur, uçuş saat yarım çəkir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti