"Sabah" Antalya ilə bu cür vidalaşdı - VİDEO+FOTOREPORTAJ

26 Yanvar 2022 09:00 Sabah 779
"Sabah" Antalya ilə bu cür vidalaşdı - VİDEO+FOTOREPORTAJ

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.

Razılığa əsasən, qarşılaşma 3 hissədən ibarət olub. İlk iki hissənin hərəsi 45 dəqiqə, sonuncu isə 30 dəqiqə davam edib.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Bakı klubu 53-cü dəqiqədə Coy-Lens Mikelsin qolu ilə hesabı açsa da, yekunda qələbəni əldən verib.

"Sabah" Antalya toplanışındakı əvvəl iki görüşdə Macarıstan "Pakş"ı və Ukrayna "Zarya"sı ilə də 1:1 hesablı heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti