“Sabah”dan üçüncü 1:1

25 Yanvar 2022 20:10 Sabah 383
“Sabah”dan üçüncü 1:1

Antalya toplanışında olan “Sabah” bu gün növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Serbiya “Mladost”u ilə görüşüb.

Bu, paytaxt klubunun Türkiyədə son sınağı olub. Murad Musayevin yetirmələri əvvəlki iki görüşdə olduğu kimi yenə qələbəyə həsrət qalıblar.

İkinci hissənin əvvəlində Coy-Lens Mikelsin qolu ilə təmsilçimiz önə keçsə də, üstünlüyünü qoruya bilməyib. “Sabah”ın üçüncü görüşü də əvvəlkilər kimi 1:1 hesabı ilə başa çatıb.

“Sabah” bunadək “Pakş” (Macarıstan) və “Zarya” (Ukrayna) ilə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.

17:00. “Sabah” – “Mladost” (Serbiya) - 1:1
Coy-Lens Mikels, 53

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!