
"Murad Musayev əsl peşəkardır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov deyib.
Orta sahə oyunçusu baş məşqçi Murad Musayevlə bağlı təəssuratlarını bizimlə bölüşüb.
Masazır klubunda ikinci mövsümünü keçirən yığmanın sabiq üzvü rusiyalı çalışdırıcı ilə uğur qazanacaqlarını bildirib:
"Onun rəhbərliyi altında çalışmaq mənim üçün xoşdur. İnanıram ki, onunla birlikdə mövsümün ikinci yarısında əldə etdiyimiz nəticələri davam etdirə biləcəyik".