“Sabah”ın müdafiəçisi Şpiro Perişiç koronavirusdan sağalıb.
Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, xorvatiyalı legioner artıq Antalyada, komandanın düşərgəsindədir:
“Onun “instaqram“da qızı ilə fotosu dünən testin nəticəsi neqativ çıxdıqdan sonra çəkilib. Komanda yoldaşları onun hansı səbəbdən kənarda qalmasını və tezliklə düşərgəyə qoşulacağını bilirdilər.
Həmin mesaj isə hesabat yox, dəstək xarakterlidir. Bunu mesajın sonundakı “smayllar“dan da aşkar görmək mümkündür“.
Perişiç Split şəhərinin mərkəzində qız övladı ilə şəkdirdiyi şəkli paylaşıb. “Sabah”dakı komanda yoldaşı Aleksey İsayevin həmin fotoya reaksiyası özünü çox gözlətməyib.
"10 nömrə” Şpiroya səslənib: “Hardasan? Biz səni gözləyirik”.
Səbəbkarın cavabı “Gəlirəm, qardaşım” olub.

