
Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.
Masazır klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq.
Görüş yanvarın 20-də, “Titatik Deluxe Football Center”in stadionunda baş tutacaq.
“Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstandan “Pakş”a qarşı keçirib (1:1).
Komanda təlim-məşq toplanışının son yoxlama oyununda “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq.
“Sabah” qarşıdakı matçların çalışmalarını davam etdirməkdədir.
Sportinfo.az məşq prosesindən hazırlanmış fotoreportajı təqdim edir: