“Sabah”da tibbi baxış - FOTOLAR

6 Yanvar 2022 17:20 Sabah 1 083
“Sabah”da tibbi baxış - FOTOLAR

Sportinfo.az xəbər verir ki, “Sabah”da istirahət dönəmi bu gün başa çatıb.

Baş məşqçi Murad Musayev dünən Krasnodardan Bakıya gəlib, futbolçular da tam tərkibdə tibbi baxışdan keçib.

Hazırlıq ayın 12-nə kimi Bakıda, yanvarın 12-26-sı aralığında isə Türkiyənin Antalya şəhərində baş tutacaq.

Toplanış çərçivəsində 3 yoxlama oyunu olacaq. Rəqiblərdən ikisi (Macarıstanın “Pakş” və Serbiyanın “Mladost”) bəllidir. Digər rəqibin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Təlim-məşq toplanışına bir neçə əvəzedici heyət üzvünün də qatılacağı ehtimal olunur. Lakin bununla bağlı qərarı Murad Musayev verməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti