«Sabah»ın icarəyə verməyə hazırlaşdığı ilk futbolçunun kimliyi müəyyənləşib.
Masazır təmsilçisi Arsen Ağcabəyovu müvəqqəti olaraq başqa komandaya göndərməyi qərara alıb.
Baş məşqçi Murad Musayev adıçəkilən müdafiəçinin 6 ay müddətinə digər bir kollektivdə oyun təcrübə toplamasını istəyib.
Gənclər yığmasına da çağırılan Ağacabəyovun əvvəl də icarəyə verilməsini və «Səbail»də çıxış etməsini xatırladaq.
SPORTİNFO.AZ

