"Sabah" Premyer Liqada daha bir ilkə imza atdı

26 Dekabr 2021 01:00 Sabah 665
"Sabah" Premyer Liqada daha bir ilkə imza atdı

“Sabah” tarixində ilk dəfə səfərdəki Premyer Liqa oyununda böyükhesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, mövsümün ilk yarısının son turuna təsadüf edib.

Masazır klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

2018-ci ildə Premyer Liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.

Bu, bakılıların Premyer Liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti