“Hər kəsə xoşbəxtlik və bol uğur arzulayıram”.
“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels Sportinfo.az-a açıqlamasına 2022-ci ildə insanlara arzu etdiyi sözlərlə başlayıb.
27 yaşlı legionerin qarşıdan gələn ildə özü üçün də diləkləri var:
“Ən vacibi sağlamlıqdır. Canın sağlamdırsa, məqsədlərinə çatmaq yalnız özündən asılıdır. 2021-ci ili özüm üçün normal hesab edirəm.
Amma ümid edirəm ki, 2022 həm özüm, həm də komandam üçün daha uğurlu olacaq”.
HƏBİB

