Azərbaycanda oynayan legionerin sevgilisi ilə belə bir planı var - XƏBƏRİNİZ OLSUN!

24 Dekabr 2021 11:40 Sabah 1 156
Azərbaycanda oynayan legionerin sevgilisi ilə belə bir planı var - XƏBƏRİNİZ OLSUN!

“2022-ci ilin 2021-dən daha gözəl olmasını arzulayıram”.

“Sabah”ın ispaniyalı legioneri Xuan Kamara Yeni il bayramı ilə bağlı arzularını Sportinfo.az-a bölüşüb.

27 yaşlı yarımmüdafiəçi yeni komandasında uğura çatmaq istədiyini deyərək, bunu həyata keçirməyin mümkünlüyünü qeyd edib:

“İlin sonuna yaxın turnir cədvəlindəki mövqeyimizi nisbətən düzəltməyi bacardıq. Lakin bu bizi qane etmir.

Gələn il komanda olaraq birlik göstərib, qələbələri sıralamalı və lazım olan yerdə dayanmalıyıq. Ümid edirəm ki, arzularımız 2022-də gerçəkləşəcək”.

Çempionatda yaranmış 3 həftəlik fasilə futbolçular üçün əla imkandır. İndi onlar dincəlməyi, doğmaları ilə xoş vaxt keçirməyi planlaşdırır.

Maraqlıdır, Kamaranın Milan və Yeni il bayramı ilə bağlı planları nədir? 2022-ni hansı ölkədə qarşılamağı düşünür?:

“Bu dəqiqə əsas istəyim ailəmlə daha çox vaxt keçirməkdir. Ailə üzvlərimə və dostlarıma daha çox zaman sərf etmək istəyirəm.

Fasilə yaranan kimi sevgilim, onun ailəsi və ailəvi dostlarla Vilyareala gedəcəyik. Bir neçə gün orda olduqdan sonra doğma şəhərim Xaenə qayıdacağıq. Əsl bayramlar biz orda olan müddətdə olacaq. Çünki ailəvi dostlarımız çoxdur”.

“Sabah”ın yayda heyətinə qatdığı Xuan Kamara “tələbələr”in heyətində çempionatda keçirdiyi 9 matçda 2 qol vurub. Ölkə kubokunda isə 1 oyunda forma geyinib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti