Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev “Sabah”dan yeni dəvət alıb.
Masazır klubu ötən mövsümdən etibarən xidmətindən yararlandığı orta sahə oyunçusuna 2 illik sözləşmə təklif edib.
Hazırkı kontraktı gələn ilin yayında bitəcək yığma üzvü burada qalmağa razılıq versə, əvvəlkindən bir qədər çox pul qazanacaq.
“Neftçi” də Aleksey İsayevə dəvət göndərib. "Ağ-qaralar" ara-sıra yığmaya da çağırılan yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib.
Samir Abasovun xidmətinə maraq göstərdiyi orta sahə oyunçusuna ödənilə biləcək məbləğ də bilinir. İsayev «Neftçi»nin yolunu tutarsa, illik 200 min manat qazanacaq.
SPORTİNFO.AZ

