Azərbaycandan getdi, bu klubla danışıqlara başladı

22 Dekabr 2021 11:00 Sabah 1 312
Azərbaycandan getdi, bu klubla danışıqlara başladı

"Sabah"dan ayrılan serbiyalı qapıçı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirməyə çox yaxındır.

Sportinfo.az "Vesti" nəşrinə istinadən xəbər verir ki, "Aktobe" 36 yaşlı qolkiperlə danışıqları yekunlaşdırmaq üzrədir.

5 qat ölkə çempionunun tezlikdə Stamenkoviçin keçidini açıqlayacağı gözlənilir.

Saşa Stamenkoviç "Sabah" klubundan əvvəl 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"in formasını geyinib. 2018-ci ildə Bakı klubuna keçən qapıçının müqaviləsi dekabrın 16-da öz istəyi ilə ləğv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!