"Qəbələ" qış fasiləsinə kimi əla göründü.
Qarşılığı olaraq da hər kəsin alqışını qazandı. Əbəs deyil ki, komanda fasiləyə yalnız "Qarabağ"ın gerisində yollandı.
Bu uğurda rəhbərlik, baş məşqçi və futbolçuların vəhdəti önəmli rol oynadı. Amma gənc qapıçı Nicat Mehbalıyevin də zəhmətini xüsusi qeyd etməmək mümkün deyil.
"Sabah"dan icarəyə götürülən qolkiper qısa müddətdə bölgə klubunun əsas heyət üzvü olmağı bacardı. Bir çox matçlarda etdiyi önəmli çıxışlarla komandasına xallar qazandırmış oldu.
Qeyd eydiyimiz kimi Mehbalıyev Masazır təmsilçisinə məxsusdur. Saşa Stamenkoviçin klubdan ayrılmasından sonra "Sabah"a yeni qapıçı lazım olduğu sirr deyil. Görəsən, klub onu geri qaytarmaq barədə düşünürmü?
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq çox qısa danışdı:
"Hələ ki, transfer məsələsində hər hansı yenilik yoxdu. Hər hansı yenilik olduqda, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, "Sabah"a məxsus olan 21 yaşlı qapıçı mövsümün əvvəli 1 illik "Qəbələ"yə icarəyə verilib.
O, arxada qalan 14 turun hamısında 90 dəqiqə meydanda olub.

