Bilindiyi kimi, "Sabah" qapıçısı Saşa Stamenkoviçlə yollarını ayırıb.
36 yaşlı qolkiper müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.
Serbiyalı illərlə “Neftçi”nin fotmasını geyinib. 2018-ci ildən “Sabah”da çıxış edib.
Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper bu sahədə klubun rekordçusudur.
O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.
Stamenkoviç bildirib ki, hələ də futbol oynamaq gücündədir:
“Mənə həyatda hər şeyi Azərbaycan verib. Amma əvvəlcə həll etməli olduğum kifayət qədər problemim var.
Bundan sonra karyera barədə düşünə bilərəm. Bu, şəxsi problemlərdir. Hər zaman nikbin insan olmuşam.
Mənfi şeylər haqqında danışmaq istəmirəm. Ona görə də bu cür şeyləri ikinci plana atıram.
İnanıram ki, Azərbaycana növbəti dəfə qayıdanda burada futbolun səviyyəsi daha yüksək olacaq və "Sabah" hədəflərinə çatacaq.
Mən də tribunada oturub, onlara dəstək olacam. Mən və ailəm sizə minnətdarıq. 8 ildə mənə çox gözəl münasibət göstərmisiz.
Futbolunuzun inkişafı üçün jurnalistlərin də rolu böyükdür. "Sabah" və "Neftçi" azarkeşlərinə təşəkkürümü bildirirəm".
Balkanlı legionerin problemi şəxsi səhhəti ilə əlaqədardır. O, uzun illərdir müğənni Silviya ilə ailə həyatı qurub, övladları isə yoxdur.
Həkimlər Saşaya uzunmüddətli müalicə kursu götürməyi və peşakar idmandan uzaqlaşmağı məsləhət görüb.
Hormonal dərman preparatları qəbul edən kiper serbiyalı minimum 6 ay sevimli peşəsindən uzaq düşmək məcburiyyətində qalıb.
SPORTİNFO.AZ

