"Sabah"ın hücumçusu Coy-Lens Mikels Sportinfo.az-a açıqlama verib.
Almaniyalı futbolçu komandasının "Səbail" üzərindəki qələbəsindən (3-0) danışarkən bunları deyib: “Maraqlı oyun alındı. Hesab daha böyük ola bilərdi. Lakin əldə etdiyimiz qol fürsətlərindən tam yararlana bilmədik".
Forvard qış fasiləsi öncəsi qazandıqları 3 xalın əhəmiyyətinin daha böyük olduğunu sözlərinə əlavə edib:
"Əsas odur ki, ilin son matçından 3 xalla ayrılmağı bacardıq. Fasiləyə müsbət əhval-ruhiyyədə yollanırıq.
Son oyunlarda yaxşı nəticələr qazandığımıza görə şadam. İnanıram ki, bu uğurun davamını fasilədən sonra da gətirəcəyik”.

