“Kifayət qədər problemim var - Mənə həyatda hər şeyi Azərbaycan verib"

17 Dekabr 2021 00:30 Sabah 1 664
“Kifayət qədər problemim var - Mənə həyatda hər şeyi Azərbaycan verib"

"Komanda ilə vidalaşmıram.

Hər zaman bu komandaya və Azərbaycan millisinə azarkeşlik edəcəm. Mənə həyatda hər şeyi Azərbaycan verib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"la vidalaşan serbiyalı qapıçı Saşa Stamenkoviç "CBC Sport"a açıqlamasında deyib.

36 yaşlı qolkiper bildirib ki, hələ də futbol oynamaq gücündədir:

"Amma əvvəlcə həll etməli olduğum kifayət qədər problemim var. Bundan sonra karyera barədə düşünə bilərəm. Bu, şəxsi problemlərdir.

Hər zaman nikbin insan olmuşam. Mənfi şeylər haqqında danışmaq istəmirəm. Ona görə də bu cür şeyləri ikinci plana atıram".

"İnanıram ki, Azərbaycana növbəti dəfə qayıdanda burada futbolun səviyyəsi daha yüksək olacaq və "Sabah" hədəflərinə çatacaq.

Mən də tribunada oturub onlara dəstək olacağam. Mən və ailəm sizə minnətdarıq. 8 ildə mənə çox gözəl münasibət göstərmisiniz.

Futbolunuzun inkişafı üçün jurnalistlərin də rolu böyükdür. "Sabah" və "Neftçi" azarkeşlərinə təşəkkürümü bildirirəm", - Stamenkoviç fikirlərini tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti