Getmək üçün klub rəhbərliyinə müraciət etdi, yola salındı

16 Dekabr 2021 14:20 Sabah 948
Getmək üçün klub rəhbərliyinə müraciət etdi, yola salındı

"Sabah" qapıçısı Saşa Stamenkoviçlə yollarını ayırıb.

Sportinfo.az Masazır paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiper müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.

Serbiyalı oyunçunun müraciətinə müsbət cavab verilib.

Saşa Stamenkoviç 2018-ci ildən paytaxt təmsilçisində çıxış edib. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur.

O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!