“Sabah”ın yeni baş məşqçisi Murad Musayevin qış fasiləsində yola salacağı ikinci futbolçunun kimliyi müəyyənləşib.
Rusiyalı çalışdırıcı Mixeil Erqemlidzedən sonra Şpiro Periçiçin üstndən xətt çəkib.
37 yaşlı mütəxəssis 55 nömrəli formanı geyinən xorvatiyalı müdafiəçinin onun taktiki planlarına uyğyn gəlmədiyi qənaətindədir.
27 yaşlı balkanlı ilə yayda bağlanmış müqavilənin müddəti 1 ildir.Periçiç karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/2013), “Solin” (2013/2014), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/2015), “Çibaliya” (2017/2018), Sloveniyanın “Mura” (2018/2019) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.
SPORTİNFO.AZ

