"Sabah"ın gənc üçlüyündən BAXIMLI QOL: VİDEO

12 Dekabr 2021 11:22 Sabah 756
"Sabah"ın gənc üçlüyündən BAXIMLI QOL: VİDEO

"Sabah" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz"i böyükhesabla (3-0) məğlub edərək adını 1/4 final mərhələsinə yazdırmağı bacardı.

Qarşılaşmada Con Ley Mikels dublla yadda qalıb. Üçüncü qolun müəllifi isə gənc futbolçu Kamran Quliyev olub.

Quliyevin qolu zamanı qurulan hücum xüsusi diqqət çəkib. Belə ki, qolla başa çatan maraqlı hücumun digər iştirakçıları da gənc futbolçular Amin Seydiyev və Ceyhun Nuriyev olub.

Ceyhun və Kamranın 21 yaşı, Aminin isə 23 yaşı var.

Haqqında danışdığımız hücumu sizə təqdim edirik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti