Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, raundun sonuncu matçında "Sabah" "Kəpəz"i qəbul edib.
Qarşılaşma paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə bitib. Komanda növbəti raundda "Neftçi" ilə üz-üzə gələcək.
"Sabah" - "Kəpəz" 3:0
Qollar: Coy-Lens Mikels, 57, 61, Kamran Quliyev, 90+2
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.

