Murad Musayevdən qələbə şərhi

11 Dekabr 2021 20:30 Sabah 799
Murad Musayevdən qələbə şərhi

“Çətin oyun oldu. Rəqib kompakt oyun sərgilədi”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə keçirilən oyun barədə danışarkən deyib.

“Bank Respublika Arena”da I divizion təmsilçisini 3:0 hesabı ilə məğlub edən bakılılar həm ötən mövsümdəki yenilginin revanşını alıb, həm də 1/4 finalda “Neftçi”yə rəqib olub.

Rusiyalı mütəxəssis matçdan sonra CBC Sport kanalına açıqlamasında komandasını dəyərləndirib: “Birinci hissədə bir qədər gərgin idik. Fasilədən sonra rəqib topsuz qaldığı üçün yoruldu. Biz də oyun üslubumuzu dəyişdik, daha vertikal futbol sərgiləməyə başladıq. Vurduğumuz iki qol bizi sakitləşdirdi. Bu gün gənc futbolçulara şans verdim. Son məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün də onların çıxışından razıyam”.

Musayev indidən növbəti mərhələdəki rəqib “Neftçi” barədə düşünməyin erkən olduğunu söyləyib: “Neftçi” ilə oyuna hələ çox var. Qarşıda “Səbail”lə çempionat oyunu var, bunu düşünürük. Ardından təlim-məşq toplanışımız olacaq. Çempionatla kubok arasında heç bir fərq qoymuruq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bu üzdən bütün matçlarda qələbə bizim üçün vacibdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti