Murad Musayevin xidmətində maraqlı olmadığı ilk ad

9 Dekabr 2021 21:20 Sabah 1 582
Murad Musayevin xidmətində maraqlı olmadığı ilk ad

“Sabah”ın qış fasiləsində yollarını ayırmağa hazırlaşdığı ilk futbolçunun kimliyi bilinib.

Bu, baş məşqçi Murad Musayevin “qara siyahı”sına düşən Mixeil Erqemlidzedir.

Daha iddialı kollektiv qurmağın planlarını cızan rusiyalı çalışdırıcı gürcü hücumçu ilə yola davam etməyin əleyhinədir.

Masazır klubu yayda 22 yaşlı legionerlə 3 illik müqavilə bağlayıb.

“Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanda “Çixura” və “Qaqra”, həmçinin Türkiyədə “Adana Demirspor”un formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!