"Qarabağ"ın kitabını oxumağa vaxt tapmayan Musayev

5 Dekabr 2021 22:20 Sabah 908
"Qarabağ"ın kitabını oxumağa vaxt tapmayan Musayev

Beş tur yenilgi üzü görməyən, uğursuzluq zolağından uzaqlaşmış kimi görünən «Sabah» yenidən yaxın keçmişə qayıtdı.

Beştoplu məğlubiyyətlə.

«Qarabağ»la oyun Murad Musayevə düşünmək üçün sanballı dərslik verdi. Bundan sonra nə vaxt və nəyi necə etmək baxımından.

Baş məşqçi postunda üçüncü oyununu keçirən rusiyalı, yəqin ki, «qara siyahı»sına təkrar nəzər yetirəcək, ora daha bir neçə ad əlavə edəcək.

Heç şübhəsiz, 1:5 hesablıı məğlubiyyətə düçar olan komandanın çalışdırıcısı bir də belə anaoloji halla üzləşmək istəməyəcək. Axı böyük hədəflər naminə Azərbaycana gətirilib, gözləntilər çoxdur ondan.

Nəhayət ki, «Sabah»ı əməli surətdə iddialı və ciddi kollektivə çevirmək, avrokuboklara vəsiqə qazandırmaq, orada da uğurlu qrafiklə fərqlənmək üçün.

Bəllidir, bunlar 1-2 günün işi deyil, vaxt alacaq. Bu yolda asta tərpənmək, bugünün işini sabaha saxlamaq, zamanın öhdəsinə buraxmaq ağır nəticələr verə bilər.

Nə olsun ki, rəqib «Qarabağ»dır, xal qoparmaq imkansız deyil. «Qarabağ»dakılar başqa planetdən gəlməyib və oyunu düzgün qurmaqla istədiyin nəticəni əldə edə bilərsən.

«Sabah» Suraxanıda sadə yolu seçmədi, açıq mübarizəyə girişdi, müdafiə ilə yarımmüdafiə xətləri arasında məsafəni böyütdü, acı sonluğu da yaşadı.

«Qarabağ»ın futbolçularını meydanın onlara aid hissəsində qarşılamasan, yaxın oynamasan, ikinci zonada pressinq tətbiq etməsən, «sağ qurtarmayacaqsan».

Murad Musayev bu incəliklərin fərqinə varmayıb, çox qəribədir. Axı «Qarabağ» çoxdan «oxunaqlı kitab» sayılmaqla yanaşı, birnəfəsə oxunan «kitab»dır, onu vərəqləmək ağır zəhmət tələb eləmir.

Görünür, əlində daha vacib işi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"