“Sabah” çox xoşuma gəldi - O, heç vaxt meydana çıxıb canını qoymayacaq”

3 Dekabr 2021 16:00 Sabah 894
“Sabah” çox xoşuma gəldi - O, heç vaxt meydana çıxıb canını qoymayacaq”

“Sabah” çox xoşuma gəldi, məni yaxşı mənada təəccübləndirdi”

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan Vüqar Nadirov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə Premyer Liqanın gedişatını dəyərləndirən MFL-in direktoru “Sabah”ın son turlardakı uğurlu çıxışına diqqət çəkib:

“Bu, həmişə belədir – bir komandaya yeni baş məşqçi gələndə, futbolçular özlərini ən yaxşı tərəfdən ona göstərsinlər. Murad Musayevin gəlişinin komandaya müsbət təsiri görünür.

Bilirsiz, burada çox şey məşqçi ilə futbolçuların münasibətlərindən asılıdır. Əgər məşqçi oyundan əvvəl futbolçuyə əsəbiləşsə, açılasa, o, heç vaxt meydana çıxıb canını qoymayacaq.

Mən “Sabah”ın daha yaxşı oynayacağına və daha iddialı olacağına inanıram. Qış fasiləsindən sonra bütün bunları görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti