"Sabahın yeni şəklini çəkən "rəssam"

28 Noyabr 2021 17:40 Sabah 762
"Sabahın yeni şəklini çəkən "rəssam"

«Sabah» son 5 həftədə 4 qalibiyyət əldə edib.

Hamısı da Ramin Quliyevin ayrılmasından sonra.

Bu boyda təsadüf olmaz ki! İki qələbəni İqor Ponomaryovla əldə edən «Sabah» daha iki dəfə Murad Musayevi sevindirib.

Komanda həminkidir. Gedən var, gələn yoxdur.

Oynadılan futbol isə həmin futbol deyil. Quliyev qalsaydı, şübhəsiz, məğlubiyyətlərin davamı gələcəkdi.

Hə, «Sabah»da hər kəs Quliyevin gedişini gözləyirmiş, səbirsizlənirmiş.

Bu qərar futbolçuları necə sevindirib, necə şad-xürrəm edibsə, sanki onun acığına, ondan qisas almaq niyyəti ilə meydanda canlarını qoyurlar.

Murad Musayev bunu öyrənib, bilir, işini də bu əsasda qurub. Bütün futbolçuları Aleksey İsayevin ətrafında birləşdirib.

Hamı ona oynayır. İsayev də liderliyi öz üzərinə götürərək, yoldaşlarını qələbədən qələbəyə daşıyır. Verdiyi məhsuldar ötürmələr və vurduğu qollarla.

Doğrudan da, İsayev nəinki «Sabah»ın, Premyer Liqanın ən yaxşılarından biri, birincisidir. Murad Musayev şansılıdır bu mənada. Aleksey kimi drijorun varsa, 1:0 öndəsən.

Sadəcə, ona sərbəstlik veriməlisən ki, rəssamlıq qabiliyyətini nümayiş etdirsin, bir də görəcəksən, gözəl bir şəkil çəkib, otur, tamaşa elə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti