Musayev yaxşı tanıdğı istedadı “Sabah”a gətirmək üçün “qollarını çırmaladı”

15 Noyabr 2021 19:00 Sabah 1 554
Musayev yaxşı tanıdğı istedadı “Sabah”a gətirmək üçün “qollarını çırmaladı”

“Sabah”ın baş məşqçisi Murad Musayev yaxşı tanıdığı daha bir futbolçunu transfer siyahısına daxil edib.

Yaxınlarda Masazır təmsilçisinin sükanı arxasına keçən rusiyalı mütəxəssis Məhəmməd-Şapi Süleymanovun xidmətində maraqlıdır.

37 yaşlı çalışdırıcı “Krasnodar”dan istedadına bələd olduğu gənci Azərbaycana gəlməyə razı salmaq üçün artıq fəaliyyətə başlayıb.

O, bu məqsədlə həm Süleymanovun özü, həm də keçmiş klubunun rəsmiləri ilə təmas qurub.

“Krasnodar” adını çəkdiyimiz istedadı mövsümlərarası fasilədə “Girəsunspor”a icərəyə verib. Super Liqanın debütantı 21 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Süleymanov “Krasnodar”ın öz yetirməsidir. Rusiyanın U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi 2017-ci ildən Premyer Liqa təmsilçisinin əsas komandasında forma geyinirdi.

Indi isə “Giresunspor”da özünü o qədər rahat hiss etmir. İstədiyi kimi oynamır. Az şans qazanan orta sahə oyunçusu qış fasikəsində Türkiyədən ayrılmaq niyyəti barədə “Krasnodar” nümayəndələrinə xəbərdarlıq edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti