”Qarabağ”dan ayrılmaq fikrindədir – Qurbanov nə deyir?

14 Noyabr 2021 22:20 Sabah 5 880
”Qarabağ”dan ayrılmaq fikrindədir – Qurbanov nə deyir?

”Qarabağ” bu yay 3 illik müqavilə imzaladığı Qaspar Panadero ilə yollarını ayırmaq niyyətinədir.

Sportinfo.az-ın məlumatına görə, bu təşəbbüs ispaniyalı yarımmüdafiəçinin özündən gəlib.

Əsas heyətə düşmək uğrunda rəqabəti uduzan və əvəzedici komandaya göndərilən legioner sözləşməsinin qarşılıqlı razılaşma əsasında pozulmasına tərəfdardır.

O, qış fasiləsində icarəyə verilməsinin də əleyhinə deyil.

Qurban Qurbanovun bu çağırışa reaksiyası? Baş məşqçi son vaxtlar zədədən əziyyət çəkən ”17 nömrə” ilə kontraktın ləğvinə etiraz etmir.

Qaspar İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. İspaniyanın U-18 və U-19 yığmalarının üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu