"Sabah"dan "Neftçi"ni sevindirəcək xəbər gəldi

11 Noyabr 2021 23:20 Sabah 2 663
"Sabah"dan "Neftçi"ni sevindirəcək xəbər gəldi

Premyer Liqanın 10-cu turunun "Zirə" ilə baş tutan qarşılaşmasında zədələnən "Sabah"ın üzvü Kristian Sebalyosun vəziyyəti ürəkaçan deyil.

Belə ki, ispaniyalı yarımmüdafiəçi hələ də komanda ilə məşqlərə qoşulmayıb.

Bu, ən yaxşı halda bir həftə sonra mümkün olacaq. Belə olan halda sabiq "Barselona"lının "Neftçi" ilə vacib oyunda komandasına kömək etməməsini gözlənilir.

Sebalyos "Zirə" ilə qarşılaşmanın (3-3) 32-ci dəqiqəsində zədələnərək yerini həmyerlisi Xuan Kamaraya vermişdi.

Xatırladaq ki, "Neftçi" - "Sabah" qarşılaşması 20 noyabr, saat 18:30-da start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti