Bunu ilk bacaran "Sabah"ın əcnəbisi oldu - Premyer Liqada

8 Noyabr 2021 23:40 Sabah 641
Bunu ilk bacaran "Sabah"ın əcnəbisi oldu - Premyer Liqada

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində baş tutmuş “Zirə” ilə matç (3:3) "Sabah"ın əcnəbi futbolçuları Coy-Lens Mikels və Xuan Kamara üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, oyunda iki qol vuran Mikels “Sabah”ın heyətində ilk dubluna imza atıb. Matçın 47-ci saniyəsində fərqlənən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ən erkən qolun müəllifi olub.

Görüşün 32-ci dəqiqəsində Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, “Sabah”da ilk rəsmi qolunu vurub.

Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. Belə ki, 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi “Sabah”da ilk qırmızı vərəqəsini alıb.

Digər Xəbərlər
Xəbər Lenti