Azərbaycan klubunun yeni çalışdırıcısı cüdoçu imiş…

7 Noyabr 2021 20:40 Sabah 489
Azərbaycan klubunun yeni çalışdırıcısı cüdoçu imiş…

"Futboldan əvvəl hardasa 2 il cüdo ilə məşğul olmuşam.

Amma cüdo cüdodur, futbol da futbol. Həyətdə hamı oynayanda sən də qaçıb onlara qoşulursan".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın yeni baş məşqçisi Murad Musayev yutubda yayımlanan verilişlərin birində qonaq olarkən deyib.

38 yaşlı mütəxəssis bildirib ki, Niderlandın "Ayaks" klubunun akademiyasında futbolçular cüdo ilə məşğul olurlar:

"Onlarda 1 və ya 2 dərs olur. Kimanolarını geyinib döyüşürlər. Bu, güc baxımından önəmlidir. Əlbəyaxa döyüş kordinasiyanı təmin edir.

Cüdo, ilk növbədə, yerə düzgün düşməyi öyrədir. Yıxılarkən əli yerə açıq vəziyyətdə qoymaq olmaz. Həmin an əl sına bilər.

Bunu sığortalamaq lazımdır. Tez-tez futbolçuların əllərinin sındığını görürsünüz.

Çünki yerə düzgün düşməyi bacarmırlar. Cüdoda hazırlığın birinci mərhələsini keçdikdən sonra bu problem aradan qalxır".

"Sabah"la 2 illik müqavilə imzalayan Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O

, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.

Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb.

Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti