"Sabah"da daha bir yeni məşqçi təyinatı

7 Noyabr 2021 17:00 Sabah 1 572
"Sabah"da daha bir yeni məşqçi təyinatı

"S abah"ın yeni baş məşqçisi Murad Musayev özünə daha bir köməkçi götürüb.

Bu, "Səbail"in əvəzedici komandasının sükanı arxasından ayrılan Ruslan Qafitullindir.

Bir ara "Neftçi"nin akademiyasında da çalışmış mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

M,Musayev ondan əvvəl Rusiyadan 3 yardımçı gətirib. Bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir.

Olenin 38 yaşlı rusiyalı mütəxəssisin əsas, Korneyev ikinci köməkçisidir. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”