"Sabah"ı narazı salan 3 MÜBAHİSƏLİ QƏRAR - VİDEOLAR

7 Noyabr 2021 13:40 Sabah 684
"Sabah"ı narazı salan 3 MÜBAHİSƏLİ QƏRAR - VİDEOLAR

Premyer Liqada 10-cu tura dünən Masazırda start verildi.

«Sabah» açılış turunda «Zirə»ni qəbul etdi.

Ötən iki turda qələbələri sıralayan «tələbələr» yenə qələbəyə daha yaxın olan tərəf idi. Ev sahibləri fasiləyə 3:1 öndə yollandı.

Baş hakim Kamal Umudlu ikinci hissənin lap əvvəlində, 48-ci dəqiqədə Xuan Kamaraya 2-ci sarı vərəqə göstərdi.

32-ci dəqiqədə zədələnən Kristian Sebalyosu əvəzləmiş legioner 16 dəqiqə ərzində iki dəfə diqqət mərkəzinə düşmüşdü (40-cı dəqiqədə ilk «sarı»nı alaraq və 45+2-ci dəqiqədə qol vuraraq).

«Sabah» hakimlər briqadasının idarəçiliyindən narazı qalıb. Sırf Kamaraya görə deyil. Masazır təmsilçisini şikayətinə səbəb Kamal Umudlunun digər qərarlarıdır.

Sportinfo.az söhbətin getdiyi həmin mübahisəli qərarları təqdim edir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti