Yeni baş məşqçinin “Sabah”ın futbolçularından İLK TƏLƏBİ NƏ OLDU? - FOTOLAR

5 Noyabr 2021 17:20 Sabah 2 302
Yeni baş məşqçinin “Sabah”ın futbolçularından İLK TƏLƏBİ NƏ OLDU? - FOTOLAR

Azərbaycan Premyer Liqasının növbəti turunda “Zirə”ni qəbul edəcək “Sabah” matçın hazırlıqlarını tamamlamaq üzrəddir.

Yeni baş məşqçi Murad Musayevin rəhbərliyi altında məşqə çıxan komanda müxtəlif fiziki və taktiki təmrinlərə diqqət yetirib.

Rusiyalı çalışdırıcı artı qöz prinsipləri ilə futbolçuları tanış edib. “Krasnodar”ın sabıq sükançısı nizam-intizamla bağlı məsələlərə kifayət qədər həssas yanaşdığını bildirib.

Musayev uğurlu çıxışın bunun sayəsində mümkün olacağını söyləyib.

O, klubun yaksək məqsədlər üçün yola çıxdığını, rəhbərlik tərəfindən kollektivə hər cür şərait yaradıldığını, özünün də gördüyü mənzərədən razı qaldığını vurğulayıb.

“Sabah” – “Zirə” oyunu noyabrın 6-da, saat 15:00-da “Bank Respublika Arena”da baş tutacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti