"Sabah"dan qeyd: "Hələ çox işimiz var, düzgün istiqamətdə düzgün addımlar atırıq"

5 Noyabr 2021 01:40 Sabah 1 364
"Sabah"dan qeyd: "Hələ çox işimiz var, düzgün istiqamətdə düzgün addımlar atırıq"

“Sabah”ın hücumçusu Coy-Lens Mikkels şəxsi instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunda “Qəbələ”yə (3:1) qol vuran almaniyalı legioner həm komandasının çıxışı, həm də vurduğu qol haqda bu cür yazıb:

"Biz nəhayət meydanda və meydandan kənarda çəkdiyimiz zəhmətə görə mükafatlandırılırıq. Qələbə hissini yenidən yaşamaq xoşdu.

Hələ çox işimiz var, amma biz düzgün istiqamətdə düzgün addımlar atırıq. Bir çox cəhdlərdən sonra klubum adına ilk qolumu vurduğuma görə xoşbəxtəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti