Qazaxıstan klubu ilə adı hallanan qapıçıdan nə xəbər?

4 Noyabr 2021 14:00 Sabah 944
Qazaxıstan klubu ilə adı hallanan qapıçıdan nə xəbər?

"Sabah"ın serbiyalı qapıçısı Saşa Stamenkoviçin zədələnməsini xəbər vermişdik.

Məşqlərin birində xəsarət alan legioner neçə müddətdir komandanın hazırlığından kənarda qalıb.

Amma 36 yaşlı qolkiperin son durumunda yaxşıya doğru irəliləyiş var. Fərdi məşqlərə başlayan təcrübəli futbolçu növbəti həftədən komanda ilə məşqlərə də start verəcək.

Xatırladaq ki, Saşa Stamenkoviç aldığı zədə səbəbindən Premyer Liqanın son iki turunda adı sifariş ərizəsinə belə daxil edilməmişdi. O, bu mövsüm bir matçda 90 dəqiqə meydanda olub.

Dünən Qazaxıstan mətbuatında "Aktobe"nin Saşanı transfer etmək istəyində olması barədə məlumatlar yayılmışdı. O, "Sabah"a gəlməmişdən əvvəl məhz bir müddət Qazaxıstanda çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!