Azərbaycan klubu yeni baş məşqçisinə 500 min dollar ödəyəcək?

3 Noyabr 2021 22:20 Sabah 1 585
Azərbaycan klubu yeni baş məşqçisinə 500 min dollar ödəyəcək?

“Sabah”la 2 illik müqavilə imzalayan Murad Musayev yeni işinin icrasına başlayıb.

Rusiyalı mütəxəssis artıq komanda ilə yaxından tanış olub.

“Krasnodar”ın sabiq çalışdırıcısının Azərbaycanda nə qədər pul qazanacağı isə belə görünür ki, hələ bir müddət gündəmdən düşməyəcək.

Masazır təmsilçisinin Premyer Liqanın ötın turunda “Qəbələ” ilə keçirdiyi səfər matçını icanlı izləyən Musayevin aylıq maaşı ilə bağlı sosial şəbəkələrdə yeni iddialar yayılıb.

Bildirilir ki, o, hər mövsümə 500 min dollar mavacib alacaq. Bu da qeyd olunur ki, “Sabah” avrokuboklara vəsiqə qazanarsa, baş məşqçi əlavə bonus əldə edəcək.

Xəbəri öz tərəfimizdən dəqiqləşdirməyə çalışdıq. Öyrəndik ki, Musayev Premyer Liqada keçirdiyi hər aya görə 20 min dollar irəli düşəcək.

Hər qələbəyə görə ona 100 faiz mükafat veriləcək. Komanda cari mövsümün sonunda avrokuboklara gedərsə, yeni sükançı daha 100 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti