Ramin Quliyevin istefasından sonra “Sabah”ı Premyer Liqanın son 2 turuna İqor Ponomaryov hazırlayırdı.
Artıq onun dövrü də başau çatdı. Çünki komandanın yeni baş məşqçisi var – Murad Musayev.
Rusiyalı mütəxəssis dünəndən işinin icrasına başlayıb. Komanda üzləri ilə söhbət edib, məşqlərə start verib.
Kristian Sebalyosun Musayevlə ilk məşqdən sonrakı təəssüratları maraqlıdır. “Barselona”nın Futbol Akademiyasında yiyələnmiş 28 yaşlı yarımmüdafiəçi bu barədə Sportinfo.az-a deyib:
“Baş məşqçi öncə bizi köməkçiləri ilə tanış etdi. Ardınca futbol fəlsəfəsi haqda müəyyən məlumatlar verdi.
Fikrimcə, bir məşq üçün geniş danışmaq mümkün deyil. “Zirə” ilə şənbəgünkü oyundan sonra çempionatda fasilə yaranacaq.
Bu müddətdə baş məşqçi ilə bir-birimizi tanımağa və onun bizdən nə tələb etdiyini anlamağa kifayət qədər zamanımız olacaq”.
HƏBİB

