"Sabah"ın qapıçısı “Aktobe”nin maraq dairəsindədir

3 Noyabr 2021 13:40 Sabah 785
"Sabah"ın qapıçısı “Aktobe”nin maraq dairəsindədir

“Sabah”ın qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, 36 yaşlı qolkiper “Aktobe”nin maraq dairəsindədir. 2016/17-ci illərdə bu ölkədə “Okjetpes”in formasını geyinən serbiyalı “Aktobe”yə keçməyə çox yaxındır.

Komandanın baş məşqçisi Vladimir Muxanov bu transferdə şəxsən maraqlıdır.

2018-ci ildən “Sabah”ın formasını geyinən Saşa Stamenkoviç bu mövsümü əsasən ehtiyatda keçirir. Onun bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti