Paho, futbolçular ondan nə qədər “doyubmuş”…

2 Noyabr 2021 21:20 Sabah 1 241
Paho, futbolçular ondan nə qədər “doyubmuş”…

Baş məşqçi dəyişikliyinə gedən komandanın, adətən “ikinci nəfəs” açılır.

7 turluq bir dövrə ərzində cəmi 1 qola sevinən “Sabah”ın son iki həftədə qələbələri sıralaması, əslində, «zəncirdən qırılma» demək deyil.

Bu, Ramin Quliyevlə sağollaşmanın kollektivə bəxş etdiyi ruh yüksəkliyidir.

Paho, futbolçular ondan nə qədər «doyubmuş»…

Şübhə yox, Quliyevin ayrılmasına ən çox sevinən də onlardır. Kim bilir, bəlkə nəzir-niyaz paylayanlar da olub aralarında.

İqor Ponomaryov «Pro» kateqoriyası almayıb. Amma o, belə, Quliyevin edə bilmədiklərini gerçəyə çevirir. İki turdur komandanı nəzarətinə keçirib, cibə daxil olan xal 6-dır.

Altı qolla 6 xalı əldə edən «Sabah»ın qazana biləcəkləri daha çoxdur.

Gör, daha təcrübəli birinə tapşırılsaydı, bu gün haralarda idilər! Minimum turnir cədvəlinin 3-cü pilləsinə «dəmir atmışdılar».

Ziyanın yarısından qayıtmaq da faydalıdır. Quliyevlə vidalaşmağı bir qədər də gecikdirsəydilər, «Sumqayıt»a da, «Qəbələ»yə də məğlub olacaqdılar. At yiyəsinə baxıb kişnəyər.

Demək ki, Ramin bəy o deyilmiş, iddialı kollektivə rəhbərlik etmək onun üçün tez imiş.

Ruh yüksəkliyi «Sabah»ın hər bir futbolçusunun damarına hopub.

Məğlubiyyətlərdən yorğun düşmüşdülər, odur ki, əllərindən gələni edib, əslində, düşünüləndən yaxşı olduqlarını yeni baş məşqçiyə – Murad Musayevə göstərmək üçün hamısı növbəyə yazılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti