Ötən mövsüm "Sabah"ın əsas qapıçısı sayılan Saşa Stamenkoviç yay fasiləsində Səlahət Ağayevin komandaya gəlişindən sonra ehtiyatda oturmağa məcbur oldu.
Serbiyalı qolkiper bu mövsüm yalnız "Qəbələ" ilə ilk dövrədə baş tutan matçda 90 dəqiqə meydanda olub.
Son iki qarşılaşmada isə ümumiyyətlə, Saşa ehtiyat skamiyada da görünmür.
Görəsən, "Sumqayıt" və "Qəbələ" ilə oyunlarda 36 yaşlı qapıçının olmamasına səbəbi nədir?
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Saşa Stamenkoviç məşqlərin birində zədə alıb. Sifariş ərizəsində olmaması da bununla bağlıdır. Nə zaman məşqlərə başlayacağı isə hələ dəqiq deyil".

