"Qələbədən sonra danışmaq daha rahatdır" - "Sabah"ın əcnəbisi

1 Noyabr 2021 23:20 Sabah 602
"Qələbədən sonra danışmaq daha rahatdır" - "Sabah"ın əcnəbisi

"Qələbədən sonra danışmaq daha rahatdır".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ" üzərində qələbə qazanan "Sabah"ın yarımmüdafiəçisi Coy Lens Mikels deyib.

Artıq 2 turdu "Sabah" qələbə qazanır. 28 yaşlı futbolçu qazanılan bu qələbələrin komandaya inam verdiyini bildirib: "Dünən bütün komanda çox yaxşı mübarizə apardı. Bu qələbələr komandada özünəinamı daha da artırır".

Masazır təmsilçisində ilk qolunu bölgə klubuna vuran futbolçu öz çıxışına da toxunub: "Bəli, bu matçda komandada ilk qolumu vurdum. Buna görə çox şadam. Lakin mənim üçün fərqi yoxdu, qol vurdum və ya məhsuldar ötürmə etdim. Əsas olan, komandamın qələbəsinə kömək etməkdir. Komanda hər şeydən öndə gəlir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti