Yeni baş məşqçi özü ilə 3 köməkçi gətirdi – RƏSMİ TƏYİNATLAR

1 Noyabr 2021 17:00 Sabah 1 259
Yeni baş məşqçi özü ilə 3 köməkçi gətirdi – RƏSMİ TƏYİNATLAR

"Sabah"ın yeni baş məşqçisi Murad Musayevin paytaxt təmsilçisindəki köməkçiləri müəyyənləşib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir.

Olenin 38 yaşlı rusiyalı mütəxəssisin əsas, Korneyev ikinci köməkçisi olacaq. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

"Sabah" Murad Musayevlə 2 illik müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti