«Sabah»la 2 illik müqavilə imzalayan Murad Musayevin ilk köməkçisinin kimliyimüəyyənləşib.
Bu, Artur Olenindir.
51 yaşlı mütəxəssis yeni baş məşqçinin birinci yardımçısı kimi görəvə gətirilib.
Cütlük çoxdan bir yerdədir. Onların yolu ilk dəfə «Krasnodar»ın akademiyasında kəsişib.
2000-ci ildən bu sahədə olan Olenin əvvəlcə klubun aşağı yaş qruplarında çalışıb. 2013-2014-cü illərdə əvəzedici komandanın fiziki hazırlığına cavabdehlik daşıyıb.
Növbəti 2 mövsümdə isə «Okean»ın sükanı arxasına keçib. 2017-ci ildə Ukraynada fəaliyyət göstərib, «Krımtepliça»nın baş məşqçisi olub.
Murad Musayev onu 2019-cu ildə yenidən «Krasonadar»a qaytarıb. Bu dəfə əsas komandada özünə köməkçi kimi.
SPORTİNFO.AZ

